» » Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçiləri şəhid olub və yaralanıb


Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçiləri şəhid olub və yaralanıb

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə "Bilesuvarinfo"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

"Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", - nazirlikdən qeyd olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR