» » “... Sevinirəm ki, geriyə çəkilmədim, meydandan alnı açıq, üzü ağ çıxa bildım”


“... Sevinirəm ki, geriyə çəkilmədim, meydandan alnı açıq, üzü ağ çıxa bildım”

Ömrünün 68-ci baharını yaşayan Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terepeya şöbəsinə rəhbərlik edir. O, əmək fəaliyyətinə 1979 - cu ildə Nəsimikənd sahə xəstəxanasından başlayib, 1983 - cu ildə, yenidən Biləsuvar RMX - ə qayıdaraq, bu dəfə cərrahiyə şöbəsində anesteziologiya - reanimasiya  xidmətinin formalaşmasında yaxında iştirak edib.. .

Bu gün Şakir həkimin mənalı ömür yolunu varaqladıqda, ictimai-siyasi həyatda mübarizələrlə dolu qeydlərə də şahidlik edərik. Onun həkimlik peşəsində əzmlə fəaliyyət göstərdiyi günlər 1990 - cı ilin əvvəllərinə təəssadüf edir. Bu zaman ölkədəki mürəkkəb ictimai - siyasi proseslər onun sakini olduğu rayonun həyatında daha fərqli mənzərə yaratmışdır. Həmin günlərin çətinliklərindən söz açan Şakir Dövlətov deyir ki, bir vətəndaş kimi mən də bu proseslərdə seyrici qala bilməzdim: “Rayonda başıpozuq dəstələrə qarşı mübarizədə və Heydər Əlyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olmasında siyasi həmfikirlərlə bir cəbhədə çalışdım. 1993-cu ildən Biləsuvar rayon İcra Hakimiyyətində baş məsləhətçi, daha sonra İsmətli kəndində icra nümayəndəsi olarkən, siyasi fəaliyyətimdə çoxsaylı təzyiqlərlə üzləşmək məni cəmiyyət, rayonum üçün faydalı olmaq həvəsindən çəkindirə bilmədi. Nə yaxşı da, bəzən çətinlikərdən usanmadım, sevinirəm ki, geriyə çəkilmədim, meydandan alnı açıq, üzü ağ çıxa bildım.. .”

Bir necə il Dövlət Əmək Məsələləri Kömitəsində calışan Şakir Dövlətov 2000 - ci ildən öz peşəsində yenidən əzimlə fəaliyyət göstərir. Sakini olduğu İsmətlidə və daha sonra Ağayrı kəndlərinin tibb müəssisələrində çalışmaq ardınca, 2015-ci ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terepeya şöbəsinə müdür təyin edilib. 
Gözəl ailə başcısı Şakir həkim 6 övlad: 1 qız, 5 oğulun atasıdır. O, övladlarına təhsil verib, halalıqla yaşamağın yollarını öyrədib. 2 yaşında atasını itirən, mərhum Tehran əminin himayəsində böyüyən Şakir deyir ki, uşaqlıdan olan güclü hafisəm, tibb işcisi olan Tamella xanımın (əmisinin həyat yoldaşı) təhsil almağımda göstərdiyi qayğı məni həkimlik peşəsinə yiyələnməyə həvəsləndirib:“11 nəvəm var, onlardan Elay peşəmə sahib çıxaçağını deyir...”

Yenidən qayıdırıq Şakir həkimin ictimai - siyasi fəaliyyətinə. Onunla söhbətdə deyir ki, bu zamankı hakim partiyaların ölkəmizdə yürütdüyü daxili və xarici siyasət dövlətimizi kəskin duruma salmışdır. Mən də bir ictimai-siyasi fəal kimi siyasi eybəcərliklərə qarşı mübrizə aparır,  mətbuatda vaxtaşırı öz münasibətimi bildirməyə çalışırdım. 

Bu illərdə, bütün hakimiyyətin AXC - Musavat cütlüyünün nəzarətində olduğu dövrdə  Şakir Dövlətovun imzası ilə, dövrü mətbuatda işıq üzü görən cəsarətlə yazıları varaqlayırıq. Qarşıya çıxan ilk yazısı: “AXÇ, AMİP və Musavat haqqında düşündüklərim...”dir. (“Millət”, 15 avqust, 1992)  Nələr demək istəyib o, bu yazısında?. “Son vaxtlar mətuat səhifələrində adı Məmməd Əmim Rəsulzadənin adı ilə qoşa anılan “Musavat” partiyasının dirçəldilməsi barəsində xəbərlərə və həmin məsələ ilə əlaqədar müxtəlif tənqidi mülahizələrə, təklif və məsləhətlərə təsadüf edirik. ADR - nın ənənələri və ideyalarının dirçəldilməsi fonunda doğulan çağdaş Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə yaranacaq partiyalar arasında olmağa təbii ki, “Musavat”ın da haqqı var. Lakin...

Mənim fikrimcə, “Musavat”ın bu üsulla,  yəni AXÇ - nin hazırkı strukturlarının bir hissəsinin yeni partiyanın sərəncamına verilməsi yolu ilə yaranması, yumşaq desəm, Azərbaycana, onun istiqlaliyyətinin qazanmasına böyük xidmətlər göstərmiş Xalq cəbhəsinə böyük ziyan vuracaqdır”  deyən Ş.Dövlətov hakim partiya sıralarında olan bəzi şəxslərin ideyalara zidd olaraq, hansısa korporativ marağın, şəxsi mənafelərin təmsilçiləri olmamağa çağırır.

Ş.Dövlətovun daha bir təsirli fikirlər, “Bəylər nə tez unutdunuz o günü?” (“Millət” qəzeti 23 sentyabır, 1992-ci il, 59 saylı) sərlövhəli müraciətində yer alıb: “Bəli, həm respublika, həm də rayon səviyyəli bəylər çox şeyi unudurlar və ya unutmağa çalışırlar. Xalqın soyulan dərisi, daşan səbri, itən inamını görmək və nəticə çıxarmaq üçün onun bir övladı olmaq, milləti çapıb talayan, maddi və mənəvi sərvətlərini hərraca qoyan “dəllalları” tanımaq və tədbir görmək üçünhakimiyyətə sahib olamaq, hər bir dövləti sarsıdan, başımız üzərində Damokl qılıncına çevrilən rüşvətxorluq, bürokratizm, alverçilik üçlüyünün cəmiyyəti dərin uçurumlara sürüklədiyini duymaq və onlara qarşı vuruşmaq üçün adicə vətəndaş olmaq kifayət deyilmi?. Bəylər, nə tez unutdunuz o günü ki, bu fikirləri mitinqlərdə, sessiyalarda, görüşlərdə deyə-deyə, mətnuatda yaza-yaza nə tez unutdunuz?...
      
... Maraqlı burasındadır ki, eyni məzmunlu, eyni xarakterli hadisələr bizim Biləsuvar rayonunda da baş verib və biz “qısqancıqla yanaşmırıq” deyə, ciddi - cəhdlə unudulur. 1989-cu ilin payızında Biləsuvar torpağında AXC xətti ilə ilk dəfə mövcud hakimiyyətə qarşı etiraz mitinqi keçirilərkən, bütövlükdə rayonu qana çalxalamağa hazır olan qüvvələr çoxminlik mitinqi dağıtmaq üçün təxribatlar törətmək istədilər. Baş tutmadı. Lakin ayr - ayrı şəxslərə qarşı müxtəlif mənəvi, cuzi də olsa, fiziki təzyiqlər   göstərildi. Rayonda hakimiyyətə gələn bəylər o günləri artıq unudublar. Unutmasaydılar, həmin təxribatın təşkilatçıları yüksək vəzifələrdə qalıb rəhbərlikdən “demokratik islahatlar” həyata keçirmək tapşırığını almazdılar.”

Azərbaycan Respublikasında ilk legitim parlamentə seçkilər ərəfəsində “Yeni seçki sistemini kamil və demokratik hesab etmək olmaz” sərlövhəli” yazısında (“Millət”, 19 mart 1993, 18 saylı) “Azərbaycan Respublikası Milli Məclisinin seçkiləri haqqında” Azərbaycan Respublikasının  Qanununun bəzi maddələr üzrə öz fikirlərini bildirmiş, qeyd etmişdir ki, qanunda dəyişikliklər aparılmasa, arzu olunan və tam demokratik keçə biləcək seçkilər mümkün deyil. Bunun üçün kamil seçki sisteminin olması birinci və vacib şərtdir.  1992-ci ilin prezident sekiləri ərəfəsində, dairə seçki komissiyasının üzvü kimi Şakir Dövlətov, “Xalqın inamını qırmayaq” yazısını ( “Millət”, 03 iyul tarixli, 27 sayl)  bu fikirlərlə yekunlaşdırır: “Seçiləcək prezident bütün varlığıyla yalnız xalqa xidmət etmiş olsa da, beş il üçün seçilir. Bu beş ilin naminə əsrlərdən bəri əlimizə düşmüş yeganə imkandan istifadə edib, demokratik seçki ənənələrini yaratmasaq, tarix, gələcək nəsil, bu yolda qurban getmiş saysız - hesabsız   şəhidlərimizin qanı bizi bağışlamaz.” 

Şakir Dövlətovdan,  ölkəmizdə ictimai - siyasi proseslərin çətin dönəmində vətəndaş yanğısı ilə qələmə aldığı dah bir müraciət “AXC – nin sədri Əbülfəz Elçibəyə açıq məktub” dur. (“Millət”, 25 aprel. 18 saylı). O, bu məktubunda hakim partiyalar arasında qeyri-noramal münasibətlərdən söhbət salır. Onu da vurğulayır ki, rayonlarda cəbhəçilər keçmiş kommunistlər kimi, özlərindən başqa heç bir hərəkatı tanımır, onlara qarşı inamsızlıq və dözümsüzlük göstərirlər. Bu bizi son nəticədə, əlimizə düşmüş yeganə fürsəti itirməklə gələcək nəsillər qarşısında günahgar edə bilər.. . Belə olmazsa, tarix sizi bağışlamaz !.
Qələmə aldı:S.Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan