» » Nəsimikənddə yol qəzasında 20 yaşlı gənc ağır xəsarət alıb


Nəsimikənddə yol qəzasında 20 yaşlı gənc ağır xəsarət alıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Bilesuvarinfo"nun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. 

Belə ki, "Maz" markalı yük avtomobili ilə "Niva"  markalı minik avtomobilinin toqquşması nəticəsində sonuncunun sürücüsü, həmin kənd sakini, 2003-cü il təvəllüdlü kişi cinsli şəxs xəsarət alıb. 

Yaralı ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb. Məlumata görə, onun həyatı təhlükəsi vardır. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR