» » “71 yaşım var, 3 ildir get - gələ salırlar...”


“71 yaşım var, 3 ildir get - gələ salırlar...”

Biləsuvar rayonun Günəşli kənd sakini, veteran pedaqoq Əlisafa müəllim rastlaşdığı problemlə bağlı müraciətinə baxılmamasından şikayətçidir.

“Bilesuvarinfo”ya müracətində Əlisafa Əhmədov bildirir ki, uzaq məsafədən evimizin telefon xətti  istismar müddətini başa vurduğundan tez-tez  qırılır və işləmirdi. Bu haqda Bləsuvar rayon Telekomnukasiya Qovşağına müraciət edərkən, buradan bildirildi ki,  telefon xətti yenilənməlidir. Mən də 500 metir məsafədən xəttin dəyişdidirlməsi üçün tələb oluan ”şunur”u aldım və xətti yenilədilər. 

Bu zaman xəttin dirəyləri arasında məsafənin yenə çox olmasına (100 metir) etirazımı bildirəndə, onlar məni əmin etdilər ki, müəyyən ərazilərdə istifadəsiz dirəklərimiz var, tezliklə bunlardan gətirib bu ərazdə əlavə dirəklər qoyacağıq. 

Lakin artıq geridə 3 il qalıb. Bu müddət ərzində, dirəklər arasında məsafə çox olduğundan, yenə sallanan xətt tez - tez qırılır. Hər dəfə qırılma baş verəndə, əlavə dirək basdırılacağına yalan vədlər verilib. 

Son bir il ərazində qovşağa  üç dəfə muraciətim olub. Sonuncu  müraciətdə ( 2023 - ci  yanvarında ) Xalid müəllim (qoşağın rəisi) məni dinlədikdən sonra, kəndimizin müəyyən ərazsində istifadəsiz dirəklərdən birinin çıxarılaraq bu ərazdə badırılması ilə bağlı işçilərinə tapşırıq verdi. Onlar isə mən evdə olmayan vaxt  gəlib həyat yoldaşıma bildiriblər ki, dirək çıxardılıb gətirilsin,  biz gəlib basdırarıq.

71 yaşım, 46 il müəllim işləmişəm, 3 ildir məni get - gələ salırlar.  Bu yaşımda dirəyi necə çıxarda bilərəm?. Və ya mən bu işi özümüz görəcəyiksə, işcilərin vəzifəsi nədən ibarətdir?. Sizdən xahiş edirəm rastlaşdığımız bu problemin aradan qaldırılması üçün müraciətimin aidiyəti orqanlara çatırılmasında köməklik göstərəsiniz.

“Bilesuvarinfo” olaraq Biləsuvar Telekomnukasiya Qovşağı ilə əlaqə yaradıb, buradan Əlisafa müəllimin probleminə münasibət öyrəndik. Qovşağdan qeyd olundu ki, qaydalara əsasən, Əlisafa Əhmədovun mənzili ilə küçə xətti arasında olan məsafə nəzərdə tutulandan çox artıq olduğundan, bu iş onun öz şəxsi vəsaiti hesabına aparılmalıdır. Buna baxmayaraq, Əlisafa müəllimin rastlaşdığı bu çətinliyin aradan qaldırılması yaxın günlərdə tətəfimizdən həyata keçiriləcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan