» » Biləsuvarda Mübariz İbrahimov haqqında ilk bədii filmin təqdimatı oldu – FOTO


Biləsuvarda Mübariz İbrahimov haqqında ilk bədii filmin təqdimatı oldu – FOTO

Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu rayonda, haqqında çəkilən bədii filmin təqdimatı olub. Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda Biləsuvar rayon rəsmiləri, içtimaiyyətinin nümayəndələri və Qəhrəmanın atası Ağakərim İbrahomov iştirak edib.

“Bilesuvarinfo” xəbər verir ki, rayonda Heydər Əliyev Mərkəzində keçirilən təqdimat ümümmilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükütla yad edilməsindən sonra başlayıb.

Əməkdar artist Azad Şükürov öncə filmin çəkilişini həyata keçirən heyyəti iştirakçılara təqdim edib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov Azərbaycan gəncliyin qəhrəmanlıq simvoluna  çevrilən Mübariz İbarahimov haqqında filmin çəkilişini yüksək qiymətləndirib. O, qeyd etmişdir ki, tarixin bütün dönəmlərində Azərbaycan qəhrəmanlar diyarı olub. Otuz ilə yaxın bir tarixdə torpaqlarımızın işğalada qalması, dövlətimizin problemin sülh yolu ilə çözülməsinə yürütdüyü uğurlu siyasətə, düşmənin heç vəcdlə razılıq verməməsi, sonda ərazi suverenliyimizin silah gücü ilə bərpasına heç kəs qarşı çıxa bilməzdi. 44 günlük haqq savaşımızda, dünya bir daha Azərbaycanın öz qəhrəman əsgər və zabitlərinin misilsiz rəşadətlərinə şahid oldu. Ali Baş Komandanın ətrafında six birləşən yeni Mübarizlərlər ərazi bütövlüyümüzün bərbasına sahib çıxdı.     

Filmin ssenaristi və baş prodüsseri Nicat Mənalı qeyd edib ki, ekran əsəri Mübariz İbrahimovun sücaəti haqqındadır. İki ilə yaxın müddətə başa gələn film  qəhrəmanımızın beş yaşından şəhidlik zirvəsinə qədər ucalan şərəfli həyat yolundan bəhs edir. Çəklişlər ölkəmizin müxtəlif bölgələrində, o cümlədən qəhrəmanımızın doğulduğu doğma Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə aparılıb. Quruluşçu rejissoru Natiq Novruzov isə deyib ki, bu film Azərbaycanın gəncləri üçün bir örnək olacaq.

Təqdimatda M.İbrahimovun atası Ağakərim İbrahimov uğurlu filmin ərsəyə gəlməsində çəkilən zəhmətə görə qonaqlara minnətdarlığını bildirib
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan