» » Tezliklə daha uğurlu nəticələrə əminik


Tezliklə daha uğurlu nəticələrə əminik

Yazın gəlişi rayonumuzun bütün kəndlərinin təsərrüfat sahələrinin işində böyük canlanmaya səbəb olub. Genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri hər kəsin üzərinə böyük məsuliyyət qoyur. 

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətovun kəndimizdə keçirdiyi  qəbulu zamanı əhali tərəfindən qaldırılan məsələlər və kəndin sosial - iqtisadi infrastrukturunun yaxşılaşdırılması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı tədbirlər planı hazırlanıb. Bu plan hazırlanarkən rayon icra hakimiyyətinin təşəbbüsü ilə daha səmərəli təkliflərə üstünlük verilmiş, kənd bələdiyyəsi ilə birgə onların bu işlərdə iştirakda imkanları ətraflı təhlil olunub.

Hazırda kəndimizdə proqrama uyğun olaraq, nəzərdə tutulan işlər uğurla davam etdirilir. Bu məqsədlə ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə yeni bağ salınmış və burada müxtəlif növ ağaçlar əkilərək, qulluq göstərilir. Bağda suvarma arxları qazılmış, ağacların mühafizəsi məqsədilə ərazi hasarlanmışdır.

Kənddə həyətyani sahələrin suvarılması üçün Cənubi Muğan kanalı üzərində olan su borusu təmizlənərək bərpa olunmuş və ərazidəki su kanalı lildın təmizlənmişdir. Şəhid Fəxrəddin Əliyev küçəsi qum çınqıl ilə döşənmiş və hamarlanmışdır.   

Biləsuvar Rayon İcra Hakimiyyətinin kəndlərdə yolların işıqlandırılması təşəbbüsünə qoşulan bələdiyyə şəhid Süleyman Şükürov küçəsinə yeni işıqlandırma sisteminin quraşdırılmasını başa çatdırıb. Kənd ərazisində iməcliklər davamlı həyata keçirilir. Park ərzisində yeni ağaclar əkilmiş, yol ətraflarında ağaclar əhənğ məhlulu ilə ağardılmışdır. Kənd daxilində olan zibil tullantıları yığılaraq, zərərləşdirilir.

Heç şübhəsiz görülən işlər problemlərin, kəndin mövcud ehtiyaclarının birdəfəlik həlli deyil. Kəndimizdə  icrası nəzərdə tutulan işlər mütəmadi olaraq davam etdiriləcək. Bunun üçün qarşıda aydın məqsəd və vəzifələr var, bütün imkanların  mövcud çətinliklərin həllinə səfərbər olunması, tezliklə daha uğurlu nəticələrin olunacağını deməyə əsas verir. 

Azər Qədimov,
Ağayrı kənd ərazi inzibati vahidi üzrə icra nümayəndəsi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan