» » Ukraynda həlak olan azərbarcanlı hərbçi əslən Biləsuvarın bu kəndindəndir


Ukraynda həlak olan azərbarcanlı hərbçi əslən Biləsuvarın bu kəndindəndir

Xəbər verdiyimiz kimi, Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub.

Məlumata görə, 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.

O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.

"Bilesuvarinfo"nun əldə etdiyi məlumata görə, E. Novruzov Biləsuvar rayonunun Ağayrı kəndindəndir.

Belə ki, mərhumun atası biləsuvarlıdır, anası isə ukraynalıdır. E. Novruzov yerli millətin nümayəndəsi ilə evli olub. Kaluş rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR