» » “Topxana” yeni qoyduğu asfaltı "qaşımağa" qayıtdı


“Topxana” yeni qoyduğu asfaltı "qaşımağa" qayıtdı

Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində yolun müəyyən hissələrində əmələ gələn dağılmaların bərpasına başlanılıb.

“Bilesuvarinfo” xəbər verir ki, üç ay bundan öncə asfalt örtüyü qoyulan yolun çala – çuxur əmələ gələn hissələri qaşınaraq, yenidən asfalt ötüyünə hazırlanır.

Tikinti işlərini həyata keçirən “Topxana Layihə İnşaat " MMC - nin iş icraçısı Gündüz Əhmədov “Bilesuvarinfo” ya açıqlamasında, afaltın tez sıradan çıxmasını afalt qoyularkən qarın yağması ilə əlaqələndirdi. 

Qeyd edək ki, küçə sakinləri məsələ ilə bağlı fikir bildirmişlər. Xudaverdi Həsənovun sözlərinə görə, şaxtalı qış günlərində, Beyləqan rayonundan, uzaq məsafədən afaltın daşınmasıdır  işin keyfiyyətinə mənfi təsir göstərən: “Bir yandan qar yağırdı, 100 kilometirdən artıq məsafədə gətirilən asfalt bir müddət gözləmədən sonra yola döşənirdi, əlbəttə dağılmalı idi.. .”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan