» » Biləsuvar Təhsil Kompleksində şagird qəbuluna start verildi


Biləsuvar Təhsil Kompleksində şagird qəbuluna start verildi

 Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində təhsil almaq üçün qəbula start verildi. 

Nəzərinizə çatdıraq ki, Kompleksdə təhsil almaq istəyən V-X sinif şagirdləri 14.05.2023 - cü il tarixində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə, IX-X sinif şagirdləri isə 21.05.2023 – cü il tarixində seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə yenidən imtahan verəcəklər. İkimərhələli şəkildə baş tutacaq imtahan 09:00-da Kompleksin inzibati binasında təşkil olunacaq.
Qeyd edək ki, ibtidai siniflər (I-IV) üzrə imtahan müsahibə yolu ilə Kompleksin II korpusunda həyata keçiriləcək.  

İmtahanda iştirak etmək istəyən şagirdlərin aşağıda paylaşılan qeydiyyat linkinə daxil olub qeydiyyatdan keçməsi vacibdir. 

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UM0ZOlTy6UGpAfZ0Zd66o6uF2sLxoxpHhcQF4lf8FjxUNTdHU0ZMNjhTWjY1VjdZRjNFMzAyMFAzNy4u


Əlaqə nömrələri:
(+99425) 295-24-03/13
(+99450) 852-53-56
(+99450) 301-70-68
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR