» » Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu


Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104 - cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28 - də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, artıq 26 ildir ki, martın 28 - i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

“Bilesuvarinfo” xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Biləsuvar rayon şöbəsinin əməkdaşları peşə bayramlarını qeyd edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşmasında göstərdiyi misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanın qurucusu və memarı olan Ümummilli Liderin dövlət, xalq qarşısındakı misilsiz xidmətlərə bir daha nəzər salıblar.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov xidmətin əməkdaşlarını Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. O, bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR