» » Polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər


Polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

"Bilesuvarinfo"
xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatını təqdim ediblər.

Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR