» » Biləsuvarda 4.2 maqnitudada zəlzələ olub - YENİLƏNİB


Biləsuvarda 4.2 maqnitudada zəlzələ olub - YENİLƏNİB


Xəbər verdiyimiz kimi bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ əsasən Biləsuvar rayonunun Cəlilabadla sərhəd istiqamətində yerləşən yaşayış məntəqələrində 3.5-4 bala qədər hiss olunub. Zəlzələ dağıntıya səbəb olmayıb. Lakin əhali arasında təşviş yaradıb. Həmçinin Cəlilabad, Masallı, İmişli və digər qonşu rayonlarda da hiss edilib.

Yaşlı sakinlərin sözlərinə görə, belə titrəyiş son zamanlar olmayıb.

***11:02

Biləsuvar rayonunda zəlzələ olub.

Bu barədə "Bilesuvarinfo"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR