
“Bilesuvarinfo” xəbər verir ki, görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Ləman Yüzbaşova, komissiya üzvləri, bir qrup məktəblərin təhsildən yayınan şagirdlər və onların valideynləri, həmin məktəblərin direktorları, aidiyyatı üzrə ərazi üzrə icra nümayəndələri iştirak edib.

Görüşdə şagirdlərlə, həmçinin onların valideynləri ilə maarifləndirici söhbət aparılıb, valideynlərə Azərbaycan Respublikasının Qanunvericiliyə uyğun olaraq məsuliyyətləri izah olundu. Şagirdlərin dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürüldü, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər görülüb. Komissiya sədri bir qrup aztəminatlı ailəyə müvafiq yardımlar edildiyini və bu kimi məktəblərin şagirdlərinin dərsə davamiyyətinin daim nəzarətdə saxlanılacağını da vurğuladı.
Komissiya sədri həmçinin rayonda və kəndlərdə erkən nikah hallarının aşkarlanması istiqamətində əldə olunmuş statistik məlumata görə erkən nikaha sövq edilən qızların mütləq əksəriyyətinin təhsildən yayınan qız uşaqları olduğunu qeyd etdi və bu səbəbdən də şəhər və kənd bələdiyyələrinin nəzdində fəaliyyət göstərən yerli monitorinq qruplarının fəaliyyətinin sürətlənməsinin zəruriliyini vurğulayaraq çağırış etdi.






