» » Biləsuvarda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib


Biləsuvarda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür.

"Bilesuvarinfo" xəbər verir ki, faciənin 33 - cü ildönümü münasibətilə Biləsuvarda ümumrayon tədbiri keçirilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri rayonun Şəhidlər Xiyabanını, eləcə də faciənin qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbirstanlığında məzarını ziyarət edib. 
Mərasim iştirakçıları Çaylı kəndində 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun məzarını  ziyarət etdikdən sonra, bu kəndin Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarının əziz xatirəsini də yad edib.

Anım mərasimində bildirilib ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev olub.

 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi, üçrəngli bayrağımız bu gün cənnət Qarabağda, Şuşada dalğalanır. Bütün zəfərlərimizə görə şəhidlərimizə borcluyuq!.

Qeyd edək ki, bu gün saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla da yad olunub, avtomobillərdən  siqnallar verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan