» » 7000 abonenti bu dəfə "Azconnect" qazsız qoydu - Yenilənib


7000 abonenti bu dəfə "Azconnect" qazsız qoydu - Yenilənib

Biləsuvar rayonunda bir qrup əhalinin  qaz təhcizatında yaranan fasilə aradan qaldırılır.

"Bilesuvarinfo"
xəbər verir ki, bu haqda Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən verilən açıqlamada qeyd olunub: "Biləsuvar şəhər M.Ibrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində, Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsində ümimilikdə 7000 abonentin təbii qazın verilişi məcburi dayandırılmışdır. Təmir işlərinin bu gün axşam saat 20-21 radələrinə başa çatdırılması planlaşdırılır."

Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən isə bildirilmişdir ki, qəzaya səbəb M.İbrahimov küçəsində "Azconnect" şirkəti tərəfindən internet xətti üçün qazıntı işi apararkən PE 225 mm-lik  qaz xəttinin 110 mm-lik çıxışını zədələməsi olub.

Qeyd edək bu ayın 5 - də, eynilə həmin ərazidə qaz xəttini zədələnməsi 7000 abonenti səhəri gün günortayadək qazsız qoyub.

******
Biləsuvar rayonunda 7000 abonentin qaz təminatında yaranan fasilə aradan qaldırılıb.Təmir - bərpa işi sürətlə davam etdirilməsi qazın verilişini nəzərdə tutulan vaxtdan qabaq mümkün edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan