» » İdmanın inkişafı dövlətin hər zaman diqqətindədir


İdmanın inkişafı dövlətin hər zaman diqqətindədir

       Dövlətimiz tərəfdən idman sahəsinə xüsusi diqqət yetirilir. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır.

        Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Bu mənada idman siyasətinin düzgün müəyyən olunmasının nəticəsidir ki, bu sahədə uğurlarımız ildən-ilə artır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra uğurla davam etdirilir.

          Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bu inkişaf ölkəmizin aparıcı sahələrindən olan idmanda da öz əksini tapıb. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev qazanılan nəticələri müsbət qiymətləndirib. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət verən Prezidentimiz çıxışı zamanı qeyd etdi ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmiş, Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Belə ki, ötən il ölkəmizi təmsil edən idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb. Onlardan 300-ə yaxını qızıl medaldır. Dünya və Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər deyən Dövlət başçımız bildirdi ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.    
      
Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, gimnastika üzrə beynəlxalq turnirlərə, 41-ci dünya Skaut konfransı və 13-cü dünya Skaut gənclər forumuna və s. ev sahibliyi edib.

Gənc idmançıların yetişdirilməsinin Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biridir. İdman yalnız yarışlarda qazanılan qələbədən ibarət deyil, sağlam həyat tərzinin təbliğ və təmin edilməsində önəmli rol oynayır. Ölkəmizdə idmana, idmançılara olan diqqət və qayğı bu sahənin inkişafını təmin edir. Bu da öz növbəsində ölkəmizdə ən müasir standartlara cavab verən idman komplekslərinin və mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə xarakterizə olunur.  Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək. Şübhə yoxdur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan idman infrastrukturları da nüfuzlu yerli və beynəlxalq yarışların keçirildiyi məkanlar olacaq. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bu belədə daha böyük uğurlar ilə davam edəcək.

          Samir Ağayev
          YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR