» » Başçı Faiq Qürbətov rayon əhalisini 31 Dekabr– Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib


Başçı Faiq Qürbətov rayon əhalisini 31 Dekabr– Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib


Əziz biləsuvarlılar!
Sizi 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı,  xoşbəxtlik arzulayıram. 

  Yola saldığımız 2022-ci il Şuşa ili kimi xalqımız üçün uğurlu bir il olaraq yaddaqalan  olmuşdur. Dövlətimizin bütün sahələrdə inkişafı iqtisadi gücümüzü daha da artırmışdır. 

 31 Dekabr tarixində soydaşlarımız, həm də  Ulu Öndər Heydər Əliyevin təsisçisi olduğu Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yüksək dövlət səviyyəsində qeyd edirlər. 

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.

  Mənəvi birliyimizin rəmzinə çevrilmiş  bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. 

 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək olsun!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR