» » Kukla teatrı uşaqları sevindirdi


Kukla teatrı uşaqları sevindirdi

Biləsuvar rayonunda uşaqlar üçün tamaşa nümayiş olunub, tamaşada ənənəvi qeyd olunan digər bayramlarla müqayisədə daha çox uşaq iştirak edib.

“Bilesuvarinfo” xəbər verir ki, Yeni il bayramı münasibətilə Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti “Şaxta babaya məktub” tamaşasını rayon Mədəniyyət evində nümayiş edib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Millət vəkili Bəhruz Məhərrəmov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov məktəbəqədər və ümumtəhsil müəssisələrinin şagirdlərinin şənliyinə qatılaraq, onlara xoş arzularını çatdırıb.
Tamaşadan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və deputat Bəhruz Məhərrəmov çıxış edərək rayon sakinlərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, uşaqlara dərslərində fəal olmağı və həyat yollarında uğurlar arzuladı. İcra başçısı uşaqların marağına səbəb olan “Şaxta babaya məktub” tamaşasının Biləsuvar rayonunda nümayiş olunmasında rolu olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, tamaşa Biləsuvar Regional Mədəniyyət İdarəsininin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
Tamaşa uşaqlar tərəfindən hədsiz sevinclə qarşılanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan