» » Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində problemlər yaranıb


Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində problemlər yaranıb

Biləsuvarın bir hissəsində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Bu barədə "Bilesuvarinfo"ya rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, H.Əliyev prospektinin bir hissəsində, təxminən, 50-yə yaxın ev və mağazada səhər saatlarından etibarən elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər elektrik enerjisinin kəsilməsi ilə bağlı əvvəlcədən onlara heç xəbərdarlıq edilmədiyini bildiriblər.

Problemlə bağlı "Azərışıq" ASC-nin Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, hazırda transformatorda iş aparılır və yaxın vaxtlar elektrik enerjisinin verilişi bərpa ediləcək: "Həmin abonentlərin istifadə etdiyi transformator açılıb və əlavə kabel qoşulur. Bunun məqsədi gücün artırılmasıdır və 1 saata elektrik enerjisinin verilişi bərpa olunacaq".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan