» » Həmyerlimiz Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib


Həmyerlimiz Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib.

"Bilesuvarinfo" 
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bildirək ki, həmyerlimiz N. Şirinov 1970-ci ildə anadan olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR