Şəhid ailələri ilə görüş keçirildi » Yerli İnformasiya Agentliyi
» » Şəhid ailələri ilə görüş keçirildi

Şəhid ailələri ilə görüş keçirildi

Biləsuvar rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinin üzvləri üçün təşkil olunmuş tədbir keçirildi. Rayon rəsmiləri görüşdə Vətən müharibəsində və Ermənistan silahlı qüvvələrinin sentyabrın 13 - də törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olmuş əsgərlərimizin doğmalarının qayğıları ilə maraqlanıb, bayram ərəfəsində onlara xoş arzularını çatdırıb.

“Bilesuvarinfo” xəbər verir ki, bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrini təbrik edərək onlara həyatlarında uğurlu və xoşbəxt illər arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi ümumxalq bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü özündə milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət hisslərini təcəssüm etdirir. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə xalqımızın milli birliyini möhkəmləndirib.

Şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açan F. Qürbətov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimiz, qazi olmuş əsgər və zabitlərimizlə daima fəxr edəcəyimizi qeyd edib: “Qəhrəmanlarımızın Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi gəlcək nəsillərə örnəkdir.”
Tədbirdə YAP Biləsuvar rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək şəhid valideynlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş və bildirmişdir ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynləri övladlarının
qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan razılıqlarını bildirmişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan