» » Qazın verilişi hansı vaxtda olacaq? - ƏLAVƏ OLUNUB


Qazın verilişi hansı vaxtda olacaq? - ƏLAVƏ OLUNUB


Salyan,  Neftçala, Biləsuvar və Cəlilabad  sakinlərinin nəzərinə!

15.12.2022-ci il tarixində saat 17:11-də “Qaz İxrac” İdarəsindən aldığımız  məlumata əsasən  “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəməri üzərində aparılan təmir işləri ilə bağlı gecə-gündüz fasiləsiz gücləndirilmim iş rejimində təmir işlərin aparılmasına, texnika və əmək resurslarının cəlb olunmasına baxmayaraq nəzərdə tutulmuş işlərin 15.12.2022-ci il tarixinə yekunlaşdırılması mümkün görünmür, təmir işlərinin başa çatdırılaraq qazın boruya qoyulması və qazın nəqlinə hazırlıq işləri 16.12.2022-ci il tarixinə saat 08:00-a planlaşdırılır.


***

Biləsuvara təbii qazın verilişi 16 dekabrda-səhər saatlarından bərpa olunacaq.

"Bilesuvarinfo" xəbər verir ki, bu haqda "Azərqaz"ın mətbuat xidmətindən bildirilib: 

"Magistral qaz kəmərində aparılan təmir işləri bu gecə tam yekunlaşdırılaraq səhər saatlarında Biləsuvar rayonuna da qazın verilişi təmin olunacaq"
 
Qeyd edək ki, Dövlət proqramı çərçivəsində təbii qaz həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 13-15 dekabr 2022 - ci il tarixlərində respublikanın cənub rayonlarına, o cümlədən Biləsuvar rayonuna verilən təbii qazın verilişi dayandırılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan