» » Sonuncu turnirlərini Biləsuvarda keçirdilər


Sonuncu turnirlərini Biləsuvarda keçirdilər

Biləsuvar rayonunda Kontakt karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin Kontakt Karete Federasiyasıyla birgə təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Olimpiya İdman Kompleksinin dəstəyi ilə uşaq, yeniyetmə və gənclər arasında Kontakt Karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Turnir Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Kontak Karate Federasiyasının prezidenti Ruslan Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri tərəfindən izlənilib.
İdman tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söhbət açmış və yarışda iştirak edən bütün idmançılara uğurlar arzulamışlar. Bildirildi ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi və Kontakt Karate idman növünün kütləviliyinin inkişaf etdirilməsidir.

Sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda, sözü gedən federasiyanın Biləsuvarla yanaşı 13  idman klubundan, 8 -17 yaş arasında müxtəlif çəki dərəcəsində 100-ə yaxın idmançı mübarizə aparıb. Biləsuvar rayonunu təmsil edən komanda I yerə, Cəlilabad rayonunu təmsil edən komanda II yerə, Bakı Alov İdman Klubu isə III yerə layiq görülüb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və kuboklar təqdim edilib. Həmçinin Kontak Karate Federasiyasının prezidenti Ruslan Abbasov tərəfindən bir qurup fəxri qonağa federasiyanın fəxri fərmanları təqdim olunub.  

Qeyd edək ki, Biləsuvar rayonu Kontak Karate Federasiyasının bu il  keçirdiyi sonuncu turnirə ev sahibliyi edib. Turnirdə fərqlənən idmançılar yeni ilin yarış planlarına uyğun olaraq keçiriləcək beynalxalq yarışlara vəsiqə qazanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan