» » Erkən nigahla bağlı ilk dəfə Biləsuvarda yerli monitorinq qruplarının yaradılması dəstəkləndi


Erkən nigahla bağlı ilk dəfə Biləsuvarda yerli monitorinq qruplarının yaradılması dəstəkləndi

Biləsuvar rayonunda erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması istiqamətində görülən işlər müzakirə olunub.

“Bilesuvarinfo” xəbər verir ki, “Erkən nikahın fəsadları - natamam gələcək” mövzusunda keçirilən konfrans Biləsuvar Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Gender zorakılığı, uşaqlara qarşı zorakılıq, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların yerlərdə monitorinqinin aparılması üçün yaradılmış yerli monitorinq qrupu” , şəhər və kənd bələdiyyələridə yaradılmış monitorinq qrupunun sədrləri və üzvləri, Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
Konfransdan öncə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova Ulu Öndərin abidəsini ziyarət edib. Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, Dövlət Himni səsləndirilib. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında dövrümüzün aktual problemlərindən olan erkən nikahların cəmiyyətimizdə törətdiyi fəsadlardan danışarkən qeyd edib ki, ölkəmizdə də erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır: “Belə ki, erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.”

Komitə sədri Bahar xanım Muradova erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Ölkə üzrə erkən nikah faktlarının olduğunu və bununla bağlı hər kəsi səfərbər olmağa, gələcəyin memarı olan uşaqlara dogru təhsil vermək, erkən nikaha sövq etməməyə çağırdı.

Konfransda Komitəninin Hüquqi təminat şöbəsinin müdiri Taliyə xanım İbrahimova erkən nikah fəsadları barədə, eləcə də ölkə üzrə statsitikası, rayon icra hakimiyyətinin “Gender zorakılığı, uşaqlara qarşı zorakılıq, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların yerlərdə monitorinqinin aparılması üçün yaradılmış monitorinq qrupunun sədri Ləman xanım Yüzbaşova Biləsuvar rayon üzrə erkən nikah və məişət zorakılığının baş vermə səbəbləri və onların qarşısının alınması istiqamətində görülmüş işlər, rayon üzrə statistik göstəriciləri haqqında ətraflı məlumat verdi. Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov çıxış edərək bildirdi ki, erkən nikah hallarının aşkar olunması, onların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq ciddi nəzarətə götürülür, qarşısını vaxtında olunması təmin edilir. Rayon Prokuroru Camal Bağırov çıxış edərək bildirdi ki, qanunvericilik aktlarına uyğun olaraq belə halların baş verdiyi təqdirdə qarşısı alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Biləsuvar Qadın Resurs Mərkəzinin direktoru Natəvan Əzizova, Rayon Axundu Hacı Əlifağa Murtuzov, kəndlərdə yaradılmış monitorinq qrupunun üzvləri mövzu ətrafında çıxış edərək erkən nkahın fəsadları, məişət zorakılığna qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğuladılar.

Tədbirdə Başçı Faiq Qürbətov Bahar xanım Muradovaya İcra Hakimiyyətinin təşəbbüsünə göstərdiyi münasibətə görə təşəkkürünü bildirdi. Bahar xanım rayonda erkən nikahla bağlı görülən işlər, xüsusilə ilk dəfə Biləsuvar rayonunun bütün kəndlərində yerli monitorinq qruplarının yaradılmasını dəstəklədiyini, dəvətə görə rayon rəhbərliyinə minnmətdarlığını bildirdi. 

Sonda xatirə şəkli çəkilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR