» » Kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib


Kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Biləsuvar rayonunda AFFA-nın təşəbbüsü ilə kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, AFFA-nın idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Sabir Hacıyev, Rauf Əliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar Təhsil sektorunun nümayəndələri, məktəb direktorları, fiziki-tərbiyə müəllimləri və məktəbli şagirdlər iştirak ediblər.


Görüş zamanı kəndlərdə futbolun inkişafına göstərilən diqqətdən söhbət açılıb,  50 nəfər məktəbliyə idman forması geyim dəsti və futbol topları hədiyyə edilib.

Görüşə komandaların simulyativ oyunu ilə yekun vurulub.

Sonda xatirə şəkilləri çəkilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan