» » » Biləsuvarda daha iki şəhidin xatirəsi anıldı


Biləsuvarda daha iki şəhidin xatirəsi anıldı

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunub

"Bilesuvarinfo" 
xəbər verir ki, Biləsuvar şəhəri sakinləri - Əlizadə Nəriman Nurəhməd oğlunun və şəhid Xəlilzadə Əmrah İnqilab oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunub.

Anım mərasimlərində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidlərin məzar ziyarətində vətən oğullarının əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan