» » "Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin sonuncu təlimi keçirilib


"Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin sonuncu təlimi keçirilib

22 noyabr 2022-ci il tarixdə Astara rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olan “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin “Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin növbəti-sonuncu təlimi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Sektorunun metodisti Arzu İbrahimova, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Astara nümayəndəliyinin əməkdaşı Emil Məmmədzadə, Astara şəhər 5 saylı tam orta məktəbin direktoru Əhmədova Arzu, layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, layihənin təlimçisi İsmayıl Ağacanlı və 50 məktəbli iştirak edib.

İlk öncə çıxış edən layihə rəhbəri Ü.Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Daha sonra çıxış edən qonaqlar layihənin gənclərin peşə seçimi və karyera inkişafına müsbət töfhə verəcəyiniz bildirmişdir. Çıxış edən ekspert Ə.Əlifli təlimlərin gənclər üçün maarifləndirmə məqsədilə keçirildiyini bildirmiş və layihənin gedişatına uğurlar arzulayıb.

Çıxışlardan sonra təlimçi İsmayıl Ağacanlı tərəfindən peşə təhsili ilə bağlı düzgün maarifləndirmə, müasir peşə texnologiyaları və STEAM dərsləri mövzularında interaktiv təlimlərə start verilib. Gənclərin karyera inkişafı ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılmışdır.
Təlimlərdən sonra fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Bildiririk ki, layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Astara və Salyan rayonlarında) peşə təhsilinə  marağın artırılması ilə bu sahədə bacarıqlı gənclərin peşələrə yiyələnməsini təmin etmək, peşə ixtisasına yiyələnmək istəyənləri müasir texnologiyalarla tanış etmək, həmçinin regionlarda savadsızlığın qarşısını almaq və bu yolla işsizliyin azaldılmasına nail olmaqdır.

Bildiririk ki, təlimlər bununla da yekunlaşmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan