» » “Yağışda Təcili yardım küçəmizə girə bilmir”


“Yağışda Təcili yardım küçəmizə girə bilmir”

Kəndimizin  əsas küçələrinin yolu asfalt olsa da,  bizim küçədə yoluna qum - çınqıl belə tökülməyib,  yağışlı havada hərəkət etmək olduqca çətinləşir.

Səbirsizliklə bir gün bizim yolumuzun da asfalt örtüyü ilə təmin olunacağını gözləyirik.  

“Bilesuvarinfo”ya
bu haqda  rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndinin M. Məmmədov küçəsinin bir qrup küçə sakini məlumat verib.

Onların sözlərinə görə, bu küçədə təxminən 50-dən artıq ev var: "Küçəmizin hər iki çıxışı asfalta gedib birləşir. Digər yaxın küçələrə bu yaxında asfalt çəkilərkən, bizim küçənin yolu yaddan çıxdı. Yağış yağandan sonra piyadalar palçığa görə, maşınlar isə çala çuxura görə bu yola girə bilmirlər. Şagirdlər vaxtında gedib dərslərinə çata bilmir. Təcili yardım belə bu küçəyə gəlmir. Xahiş edirik ki, bu işə baxan qurumlardan bizim küçəyə də asfalt çəkilsin.”

Sakinlərin yol  problemi ilə bağlı Xırmandalı Bələdiyyəsindən “Bilesuvarinfo”ya bildirildi ki, yaxın zamanda sözügedən küçəyə qum-çınqıl tökülməsi, yolun rahatlığı planlaşdırılır. Lakin asfaltın qoyulması hələlik imkanlar xaricindədir"

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan