» » Biləsuvar sakini Salyanda narkotika ilə tutuldu


Biləsuvar sakini Salyanda narkotika ilə tutuldu

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər - Salyan rayon sakinləri Rabil Dadaşov, Mahir Məmmədov,  Hüseyn Xəlilov, Pərviz Məmmədov və Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan