» » Bəydilidə evdə yanğın olub


Bəydilidə evdə yanğın olub

Biləsuvar rayonda fərdi yaşayış evində yanğın baş verib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə rayonun Bəydili kəndində 1956-ci il təvəllüdlü kənd sakininə məxsus birmərtəbəli evdə qeydə alınıb.

Belə ki, yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə, mətbəxinin və 1 otağının tavanı 40 kvadratmetr sahədə yanıb. 

Yanğın Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri tərəfindən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR