Ədliyyə İşçilərinin peşə bayramı qeyd olundu » Yerli İnformasiya Agentliyi
» » Ədliyyə İşçilərinin peşə bayramı qeyd olundu

Ədliyyə İşçilərinin peşə bayramı qeyd olundu

Bu gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür.

"Bilesuvurinfo" xəbər verir ki, Biləsuvar rayonunda Ədliyyə İşçilərinin Peşə Bayramı Günü qeyd olunub. 

Tədbir öncəsi rayon rəhbərliyi və biləsuvarlı ədliyyə işciləri  Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edib, əziz xatirəsini yad edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Rayon Məhkəməsinin sədri Rəfayil Əliyevi və rayon məhkəməsinin əməkdaşlarını  peşə bayramları münasibətilə təbrik edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Gününün hər il dövlət səviyyəsində qeyd edilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Ədliyyə Nazirliyində və məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi, o cümlədən Biləsuvar rayon ədliyyə işçiləri və hakimlər göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün daim bütün səylərini səfərbər edir.

İcra başcısı F. Qürbətov haqqın və ədalətin keşiyində dayanaraq, mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə İşçilərini 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir daha təbrik edərək, fəaliyyətlərində uğurlar arzuladı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan