» » TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib


TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Lənkəran şəhərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib.

"Bilesuvarinfo"
xəbər verir ki, konfransda məruzə edən mərkəzin direktoru, professor Rauf Ağayev TƏBİB-in dəstəyi ilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.

Konfransda mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, eyni zamanda, anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.

Eyni zamanda, konfrans çərçivəsində mərkəzin aparıcı mütəxəssisləri tərəfindən yerli həkimlərlə birgə xəstələrə konsultativ-tibbi xidmətlər göstərilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan