Şirvan-Salyan Regional Təhsil İdarəsi mühasib axtarır » Yerli İnformasiya Agentliyi
» » Şirvan-Salyan Regional Təhsil İdarəsi mühasib axtarır

Şirvan-Salyan Regional Təhsil İdarəsi mühasib axtarır

Şirvan-Salyan Regional Təhsil İdarəsi mühasib axtarır.

"Bilesuvarinfo"
xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi Maliyyə İqtisadiyyat Sektorunun Biləsuvar rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığında  mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya üzrə tələblər:

Ali təhsilli,
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan,
Microsoft Excel, Microsoft Word proqramları və 1C əməliyyat sistemində  sərbəst işləmək bacarığı olan,
Aktiv, çevik, və məsuliyyətli , tələbkar, obyektiv olan şəxslər müraciət edə bilərlər. 

Qeyd edirik ki, işəqəbul müsahibə yolu ilə həyata keçiriləcək.

Müsahibədə iştirak etmək istəyən şəxslər 15 noyabr  tarixindən-30 noyabr tarixinə kimi  təsdiqedici sənədləri təqdim etməklə Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət edə bilər.

Vakansiya ilə bağlı yaranacaq suallar ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə Təhsil Sektoruna müraciət edə bilərsiniz.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan