» » YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib


YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirib. 

"Bilesuvarinfo" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra tədbir iştirakçıları Biləsuvar Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə “Müstəqil Azərbaycan Respublikasının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda  məruzə ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiyanın yaranma tarixindən, 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yolun qət edildiyindən, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.  Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük nailiyyətlər qazandığını vurğulayan  K.Qurbanlı YAP Biləsuvar rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 71-ə, üzvlərinin sayı isə 5632  nəfərə çatıb.

YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri, Arif Rəhimzadə çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini qeyd edib. Bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiyamızın  yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını bildirib.

YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Rəşad Mahmudov ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın  və partiyamızın həyatında özünü aydın şəkildə göstərir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü bildirib. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Tədbirdə partiya veteranı Rəfiqə Cəfərova, ərazi partiya təşkilat sədri Elşən Ağazadə və şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsində Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan