» » » Qələbə günü şəhid olan Elməddin Əlizadə anıldı


Qələbə günü şəhid olan Elməddin Əlizadə anıldı

Bu gün Vətən müharibəsi şəhidi Elməddin Sübhi oğlu Əlizadənin anım  günüdür

"Bilesuvarinfo" xəbər verir ki, 44 günlük haqq savaşımızda Şuşayadək döyüşərək, şəhadətə qovuşan biləsuvarlı qəhrəmanımız anım günündə yadd olunub. Bu gün - Zəfər Günü ərəfəsində  Elməddinin ailəsi, rayon sakinləri tərəfindən ziyarət olunub. Vətənsevər şəhidimizin məzarını ziyarət ediblər.
Elməddinsiz keçən bu iki il nə qədər kədərli olsa da, doğmaları bir o qədər də qürurludur.  Çünki Elməddin Vətən uğrunda şəhadəti ilə həm də öz istəyinə, arzusuna qovuşub.

Biləsuvarın Zəhmətabad  kəndində dünyaya göz açan 23 yaşlı şəhid qəhrəmanımız  Elməddin Əlizadə, hələ yeniyetmə yaşlarından idmana maraqlı olub. 2015-2016-cı illərdə Goranboyun Tap-Qaraqoyunlu kəndində həqiqi hərbi xidmətdə olarkən, Elməddin, Aprel döyüşlərində Milli Qəhrəman general-mayor Polad Həşimovun rəhbərliyi ilə ugurlu döyüş əməliyyatlarının da iştirakçısı olub. 2020-ci ilin 27 sentyabrından Vətən müharibəsi başlayanda könüllü olaraq o, da yerli səfərbərlik xidmətinə müraciət edir. Nəhayət,  oktyabr ayının 1-dən cəbhəyə yollanır.  Elməddin 40 gün boyunca, Ağdam, Fizuli, Xocavənd və azad olduğunu bildikdən sonra  qoynunda şəhadətə qovuşduğu Şuşa uğrunda xüsusi rəşadət göstərib.

İlk gündən qələbə əzmi ilə döyüşlərə atılan  kəşfiyyatçı əsgər qrup yoldaşları ilə birgə həmlə zamanı onlarla düşmən pusqusunu məhv edib.  Atası Sübhü Əliyev deyir ki, Elməddinlə çiyin-çiyinə döyüşən dostları onun döyüş rəşadətindən danışdıqca , fəxr edirəm ki, belə qəhrəmanın atasıyam.

23 yaşında gənc ömrünü Vətən sevgisinə qurban verir, öz şəhadəti ilə. Doğulduğu Zəhmətabad  kənd qəbristanlığında dəfn olunan Elməddin Əlizadə Prezident sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  təltif olunub. Qəhrəmanımızın doğma kəndlərindəki  yaşadığı küçə də  Zəfər günü ərəfəsində onun adına verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan