» » Mübariz İbrahimov və Sübhan Əbilzadə anıldı


Mübariz İbrahimov və Sübhan Əbilzadə anıldı

 
Bu gün Milli Qəhrəmanı Mübariz İbrahimovun və  Vətən müharibəsi şəhidi Süphan Əbilzadənin anım günüdür. 

"Bilesuvarinfo" xəbər verir ki, şəhidlərimizin anım günü ilə bağlı onların doğulub boya - başa çatdığı kəndlərdə mərasimlər keçirilib. Rayon rəsmiləri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və içtimaiyyətinin çoxsaylı nümayəndələri şəhidlərimizin valideyinləri ilə görüşüb.
Anım tədbirlərində qeyd olunmuşdur ki, Mübarizin qəhrəmanlığı yetişməkdə olan gənc nəsil üçün əsl örnək oldu. 10 il sonra, Mübarizin Vətən torpağına qovuşduğu gün ərəfəsində  tarixi Qələbəmiz İlahi bir təsadüfdür. Bu qüruru bizə yaşadan şəhidlərimizin əziz xatirəsi daima anılacaq. 8 noyabır – Zəfər Gününü gələcək nəsillər böyük iftixr hissi ilə qeyd edəcək: “Artıq iki ildir ki, şəhidlərimizin ölməz qəhrəmanlığı sayəsində Vətən torpağı işğaldan azaddır. Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrük uzaqgörən siyasəti sayəsində düşmənin  xarabalığa çevirdiyi əzəli Azərbaycan torpaqlarında misli görülməmiş quruculuq işləri də reallaşdırılıb. Yüzlərlə ailənin öz ata-baba yurdlarına qayıtması təmin olunub.”

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7 - də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005 - ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib. M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonu istiqamətində düşmən mövqeyində şəhid olan Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Bir gün sonra, noyabrın 7-də şəhid Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı  verilib.
Vətən Müharibəsi şəhidi  Sübhan Arif oğlu Əbilzadə - 23 aprel 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır. 2018-ci ilin noyabr ayından xidmətini Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu  kimi davam etdirmişdir. O, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşmuş və qəhrəmancasına şəhid olmuşdur. 
Şəhid Sübhan Əbilzadə  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Sübhan Əbilzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan