» » Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsinin qalibi bu şagirdlərdir


Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsinin qalibi bu şagirdlərdir

8 Noyabr - Zəfər Günü ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin  hazırladığı tədbirlər planına  əsasən məktəblilər arasında keçrilən inşa müsabiqəsi yekunlaşıb.

"Bilesuvarinfo" xəbər verir ki, müsabiqə rayonun təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilib. İnşa müsabiqəsinin rayon mərhələsi Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Müsabiqədənin nəticəsinə görə   D.Dadaşov adına Zəhmətabad kənd ümumi orta məktəbin 9 - cu sinif şagirdi Əlizadə Əmrah Niyaməddin oğlu 1-ci ,  Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 9 - cu sinif şagirdi Məmmədzadə Nuray İkram qızı 2 - ci və Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli  tam orta məktəbin 11-ci sinif şagirdi Fətullazadə Çiçək Cəmşid qızı 3 - cü yerə layiq görülmüşdür.

Qeyd edək ki, 9 -11- ci sinif şagirdlərinin arasında keçirilən inşa müsabiqəsində, hər bir ümumtəhsil müəssisəsinin  məktəb mərhələsində qalib olan 1 nəfər şagirdi müsabiqənin rayon mərhələsində iştirak edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR