
"Biləsuvarinfo" xəbər verir ki, anım mərasimində rayon rəsmilər və rayon içtimaiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı Bakı Slavyan Universitetindən (BSU) müəllim və tələbələri iştirak edib. Qanaqlaq Şəhid Kənan Rüstəmlinin məzarını ziyarət edərək məzarı önünə əklil qoyub və şəhidin ruhuna dualar oxuyub.

Tədbirdə BSU-nun müəllimləri unudulmaz, vətənzevər şəhid tələbələri haqqında xatirələrini bölüşüb. Qeyd edilib ki, xalqımızın Vətən müharibəsində Böyük Qələbə qazanmasında Kənan Rüstəmli kimi igid, cəsur, vətənpərvər oğullarımızın əvəzsiz xidmətləri var. BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova şəhid Kənan Rüstəmli ilə bağlı xatirələrini bölüşərkən onun təhsildə və universitetin sosial-mədəni həyatında fərqlənən, yüksək mədəni səviyyəyə malik, milli-mənəvi dəyərlərimizə sadiq bir gənc olduğunu vurğulayıb. Şəhid atasına vətənpərvər övlad böyütdüklərinə görə kollektiv adından təşəkkür edib.
Şəhid Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
Qeyd edək ki, 23 yaşlı qəhrəmanımız kəşfiyyatçı Kənan Rüstəmli Vətən müharibəsi başladığı ilk günlərdən düşmən tapdağında olan strateji yüksəkliklərin işğaldan azad olunmasında əsl fədakarlıq göstərib. O, ölümündən sonra Prezident sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!












