» » Biləsuvarda qəzada dünyasını dəyişən və yaralananlar iş yerlərinə gedirlərmiş - Kimlərdir?


Biləsuvarda qəzada dünyasını dəyişən və yaralananlar iş yerlərinə gedirlərmiş - Kimlərdir?

 
Məlum olduğu kimi, bu gün səhər saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ( köhnə Bakı – Astara yolunda)  baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Bilesuvarinfo” xəbər verir ki,  qəza ilə bağlı  bəzi təfərrüatları məlum olub. Belə ki, qəzaya düşən şəxslərin hamısı rayon ərazisindən çəkilən magistral qaz xəttinin çəkilişində çalışan işcilər olub. Onlar iki maşınla eyni istiqamətdə gedərkən, hadisəyə ilkin səbəb kimi qarşıdan gedən minik avtomobilinin qəfil dönməsi bildirilir. 

Dünyasını dəyişənlər - "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 

Qeyd edək ki, TƏBİB -dən  Biləsuvar rayonunda baş verən qəza ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, qəzada müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir.

               * * * * * * *
 “Bilesuvarinfo” xəbər verir ki qəzada yaralananlar aşağıdakı şəxslər olub:

- Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhər
- Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhər
- Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu
- Həsənov Emin Hakverdi oğlu (1988) -  Sumqayıt şəhər
- Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu
- İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu
- İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu
- Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu
- Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri
- Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu
- Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri
- Şahmədov Fuad Şirin oğlu (2000) - Biləsuvar rayonu
- Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan