» » Xırmandalıda ağır yol qəzası baş verib, ölənlər və yaralılar var - YENİLƏNİB - FOTOLAR


Xırmandalıda ağır yol qəzası baş verib, ölənlər və yaralılar var - YENİLƏNİB - FOTOLAR

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəklişində iştirak edən işçilərin olduğu "BMW" markalı minik avtomobili  və "Mercedes" markalı mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

*****
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan