» » » Qardaşının yanında şəhid olan Teymur Abdullazadə anılıb


Qardaşının yanında şəhid olan Teymur Abdullazadə anılıb

Bu gün Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Teymur Abdullazadə şəhadətinin ikinci ildönümündə anılıb. 

“Bilesuvarinfo” xəbər verir ki, anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli, Yap Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, şəhid valideyinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidimizin valideyinlərinə və yaxınlarına başsağlığı verən ziyarət iştirakçıları, kənd qəbiristanlığında olaraq məzarını ziyarət edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Teymur Abdullazadə Teymur Faiq oğlu 2001-ci il təvəllüdlüdür. O, əkiz qardaşı Seymurla Vətən Müharibəsi başlayanda həqiqi hərbi xidmətlərinin 16 ayını geridə qoymuşdular. Düşmənlə üzbə-üz möqeydə Vətənin keşiyində duran qardaşlar nümunəvi xidmətlərilə komandirlərin diqqətin çəkib. Teymur xüsusi təyinatlıların üç aylıq kursunu uğurla baş vurduqdan sonra, kiçik çavuş rütbəsi ilə “AQS”ə komandirlik həvalə olunub, qardaşı isə onun tuşlayıcısı olub. Tovuz döyüşlərinin iştirakçısı olublar. Vətən müharibəsində “Mübariz” postunun, digər strateji yüksəkliklərin alınmasında iştirak ediblər. Əkiz qardaşlar Suqovuşan, Talışkənd, Ağdərə uğrunda döyüşlərdə qəhrəmacasına döyüşüb. Qanlı döyüşlərin birində, yaxınlığa düşən mərmi partlaması nəticəsində qardaşlardan biri şəhid olub, digəri yaralanıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR