
"Bilesuvarinfo" xəbər verir ki, şəhidlərimizin anım mərasimlərində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib. Ziyarət iştirakçıları şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq, məzar ziyarətlərində olub.

Vətən Müharibəsi şəhidi Qədirli İsmayıl Elçin oğlu da Vətən müharibəsinə könüllü olaraq qoşulub. O, əvvəlcə Cəbrayıl uğrunda gedən döyüşlərdə, sonra isə Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!



