» » Biləsuvarlı gənclər “Sağlam bədəndə sağlam ruh!” devizi altında güclərini sınadı - Fotolar


Biləsuvarlı gənclər “Sağlam bədəndə sağlam ruh!” devizi altında güclərini sınadı - Fotolar

Biləsuvarda Biləsuvar Rayon Polis şöbəsinin  rayon Gənclər və İdman İdarəsilə birgə təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Biləsuvar Olimpiya İdman Kompleksinin dəstəyi ilə “Sağlam bədəndə sağlam ruh!” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon birinciliyi və idmançıların nümunəvi çıxışları keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Daxili İşlər Nazirliyi "İdman"cəmiyyətinin əməkdaşları - polkovnik-leytenant Zaur Məcidov, mayor Aydın Həşimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Çıxış edənlər əvvəlcə rayonda idmanın kütləviliyinin artırılmasından ötrü həyata keçirilən tədbirlərdən danışıb, idmançılara uğurlar arzuladılar.
Sonra müxtəlif idman sahələri üzrə idmançılar öz güclərini sınadılar. 20-25 yaşlı gənclər arasında turnikdən dartınma, 3000 metr məsafəyə kross qaçışı, ümumtəhsil məktəbləri arasında isə maneələrin dəf edilməsi, estafet qaçışı üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışların qalibləri Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov və Rayon Gənclər İdman İdarəsinin rəisi Azad Quliyev tərəfindən fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırıldılar. 

Sonda xatirə şəkli çəkildi.

Qeyd edək ki yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən keçirilmişdir.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR