» » » Zöhrabsız qırx gün


Zöhrabsız qırx gün

Bu gün şəhid Zöhrab Kərimovun qırx mərasimi keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidimizin anım mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,  YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri
və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə şəhidimizin qəhrəmanlığından bəhs olunub və bildirilib ki, canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaq.

Tədbirdə qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Zöhrab Azad oğlu Kərimov  sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən  qəhrəmancasına şəhid olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR