» » » Şəhidlərin qırx mərasimi keçirildi


Şəhidlərin qırx mərasimi keçirildi

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlıqüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Hüseynov Ziyarət Mayıl oğlunun və Məmmədov Məhəmməd Bilal oğlunun qırx mərasimi keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən
 "Bilesuvarinfo" ya verilən məlumata görə, qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri, YAP Biləsuvar rayon təşkilatının sədri və ictimaiyyətin nümayəndələri hər iki  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüb.
Mərasimdə qeyd olunub ki, şəhidlərimiz sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən  qəhrəmancasına şəhid olublar. Hüseynov Ziyarət Mayıl oğlu Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri, Məmmədov Məhəmməd Bilal oğlu isə Azərbaycan ordusunun komando qüvvələrinin giziri rütbəsində xidmət edirdilər.Canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.

Hüseynov Ziyarət Mayıl oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuş, 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlayıb.Ziyarət Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində kiçik gizir rütbəsində çalışırdı. 
Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olmuş və 44 günlük Vətən müharibəsində isə yaralanmışdır.Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir.

Məmmədov Məhəmməd Bilal oğlu isə 15 dekabr 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb. 2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində çalışırdı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR