» » Şəhid Şəhriyar Mirişli anıldı


Şəhid Şəhriyar Mirişli anıldı

Bu gün Vətən Müharibəsi şəhidi Şəhriyar Mirişlinin anım günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini  Vəlahəddin Yunsurov, RİH-nin şöbə müdiri Xanlar Məmmədov, Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidimizin şəhadətinin ikinci ildönümündə əziz xatirəsi ehtiramla anılıb, valideyinlərinə başsağlığı verilib.
Qeyd edək ki, 2002 -ci il təvəllüdlü Mirişli Şəhriyar Bəxtiyar oğlu  həqiqi hərbi xidmətini yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində iştirak edib. XTQ əsgəri olan Ş.Mirişli müxtəlif istiqamətlərdə gedən döyüşlərdə igidliklə döyüşüb. Düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR