» » Mini futbol turnirinin seçmə mərhələsi başa çatdı


Mini futbol turnirinin seçmə mərhələsi başa çatdı

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş Respublika Mini futbol turnirinin J qrupu üzrə seçmə mərhələsinin oyunları başa çatıb. 

"Bilesuvarinfo" xəbər verir ki, seçmə mərhələdə Salyan, Neftçala və Hacıqabul komandaları qarşılaşmışdılar. 

Neftçala : Salyan və Hacıqabul : Salyan komandaları arasındakı oyunlar bərabərliklə bitdiyindən Salyan : Hacıqabul oyununun nəticəsi həll edici oldu. 

Belə ki, Salyan komandası Hacıqabul komandası üzərində 2:1 hesabı ilə qalib gəlməklə turnirin J qrupu üzrə qalibi oldu. 

Növbəti mərhələdə Salyan komandası İ qrupunun qalibi olmuş Cəlilabad komandası ilə qarşılaşacaq. 

Biləsuvar komandasının da yer aldığı J qrupunun qalibi olmuş Salyan komandasını təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR