» » YAP-ın 30 illiyinə həsr olunmuş futbol turnirinə start verildi - ŞƏKİLLƏR - VİDEO


YAP-ın 30 illiyinə həsr olunmuş futbol turnirinə start verildi - ŞƏKİLLƏR - VİDEO


Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş, gənclərdən ibarət komandalar arasında ümumrespublika mini futbol-turnirinin J qrupu üzrə zona mərhələsinin oyunları keçirilir.


“Bllesuvarinfo” xəbər verir ki, J qrupu üzrə zona mərhələsi üzrə turnir Biləsuvar Olimpia Kompleksində təşkil olunub. Turnirin açılış məraimində Biləsuvar Rayon İcra hakimiyyətinin Başcısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiyanın qonşu rayonlardan olan təşkilat sədrləri, həmçinin partiya fəalları və rayon içtimaiyyətinin nümayəndələri iştirak edib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonraümummilli lider Heydər Əliyevin və şəhidlərimizin şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Yeni Azərbaycan partiyası Biləsuvar Rayon Təşkilatının təşkilatçılığı ilə keçirilən turnirdə  Şirvan, Neftçala, Salyan, Biləsuvar, Sabirabad və Hacıqabul rayonlarını təmsil edən komandalar iştirak edib. Açılış mərasimindən sonr ilk olaraq  Şirvan və Neftçala komandaları qarşılaşdılar. İkinci oyun Biləsuvar və Salyan komandaları, üçüncü oyunsa, Sabirabad və Hacıqabul komandaları arasında keçirildi.

Komandalar arasında gərgin davam edən mübarzədən sonra, Neftçala, Salyan və Hacıqabul komandaları növbəti mərhələyə yüksəldilər. Oktyabr ayının 16-da qalib komandalar arasında növbəti qarşılaşmalar olacaqdır.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan