» » » Daha üç şəhid anıldı


Daha üç şəhid anıldı

Vətən müharibəsi şəhidləri - Elvin Şahmarlının, Asif Talıblının və Cahid Qəniyevin ildönümü qeyd olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Oktyabr ayının 13-də Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elvin Şahmarlının, Asif Talıblının və Cahid Qəniyevin şəhadətinin ikinci ildönümü sakinləro olduğu kəndlərdə qeyd olunub.
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib. Ziyarətdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılaraq, valideyinlərinə və yaxınlarına başsağlığı verilib.

Qey edək ki, Şahmarlı Elvin Malik oğlu Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, həqiqi hərbi xidməti zamanı Vətən müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Talıblı Asif Arif oğlu Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı Vətən müharibəsində  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Qəniyev Cahid Şaiq oğlu Çaylı kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR