» » Vətən müharibəsi Qəhrəmanı anıldı - Fotolar


Vətən müharibəsi Qəhrəmanı anıldı - Fotolar

Bu gün şəhid polkovnik - leytenant Orxan Əkbərovun anım günüdür

"Bilesuvarinfo" xəbər verir ki, Vətən müharibəsində qəhərmanlıq dastanı yazan cəngavərlərdən  olan  Orxan Əkbərovun anım günündə qəhrəmanın doğulub boya - başa çatdığı ata ocağı ziyarət olunmuşdur.
Qəhrəmanın anım mərasimi Dövlət himnimizin səsləndirilməsi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla başlayıb.

Rayonun “Cümə” məscidinin imamı Hacı Əlifağa Murtuzov  çıxışında qeyd etmişdir ki,  dinimiz İslamda bütün yüksəkliklərdən ucada dayanan Şəhidlik zirvəsinə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Vətən müharibəsində məhz şəhidlərimiz öz canları bahasına tarixi Qələbəni qazanması bu gün bizə xalqlar arasında başımızı dik tutmağa imkan verir.
Biləsuvar Rayon İcra Hakimiyyəti Başcısının birinci müavini Azər Cəfərli çıxışında bildirdi ki, bu fərəhi bizə qismət edən şəhid və qazilərimizin qəhrəmanlıqlarından Azərbaycan durduqca danışılacaq. Xalqımızın qürur mənbəyi olan şəhidlərimizin əziz xatirəsi daima uca tutulur, şəhid ailələrinə, qazilərimizə dövlət qayğısının davamlılığını Przezident cənab İlham Əliyev tərəfindən xüsusi nəzarətdə saxlanılır.
Vətən müharibəsi Qəhrəmanı Toğrul Şamxalov siladaşının döyüşlərdə göstərdiyi misilsiz rəşadətlərindən söz acarkən qeyd etdi ki, Vətəninə şərəflə xidmət edən Orxan Əkbərov canı qədər sevdiyi Vətəninin bütövlüyü uğurunda hücum əmiri gələndə silaha sarılır, əsgərlərinin önünə düşür, rəhbərliyi altında çox sayda düşmən möqeyləri alınır. Düşmənə kömək üçün gələn bölüyün silahal dolu 6 avtomobili, 200 nəfərlik canlı qüvvəsi Orxanın komandarliyi ilə Azərbaycan əsgəri  məhv edib. Qeyri - bərabər döyüşdə o, yaralı əsgərlərini və şəhidləri döyüş meydanında qalmasını öz həyatı bahasına imkan vermədi.. .
Anım mərasimində rayon ağsaqqallarından olan Akif Kazımov çıxışında vurğuladı ki, torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayacağını hər zaman bəyan edən Ali Baş komandan İlham Əliyev öz əsgərinin vətənpərvərliyinə güvənib ordu quruculuğu işini yüksək səviyyədə reallaşdırdı. Vətən müharibəsi başlayanda Azərbaycan cəngavərləri xalqımızın qəhrəmanlıq səlnaməsini yenilədi, düşmənə yerini göstərdi. O, Orxan Əkbərovun Vətən sevdalı gənc olmasından xatirələrini bölüşərkən bildirdi ki, Orxan bacarıqlı, qorxmaz kəşfiyyatçı kimi dəfələrlə düşmən arxasına keçərək məxfi tapşırıqları uğurla yerinə yetirib. Xidməti dövüründəki nümunəvi xidməti, vətənpərvərliyi  döyüşlərdə özünü daha aydın göstərdi. Döyüşlərə  yüksək əhval - ruhiyyədə  girməsi əsgərlərdə qələbə əzmini artırıb, ölümdən heç vaxt qorxmayıb. Özündən kiçik qardaşı, mayor  Ənvər Əkbərov da  Vətən Muharibəsi iştirakçısıdır.
Tədbirdə şair Səlamət Biləsuvarlı  şəhidlərimizə də yer ayırdığı “Gedək ata ocağına”  adlı yeni  kitabını şəhidin övaladlarına hədiyyə etdi.  

Qeyd edək ki,  ailədə 4 qardaş olan  Orxan Nadir oğlu  Əkbərov 1982-ci ilin 12 dekabırında ziyalı ailəsində anadan olub.  Heydər Əliyev adına Baki Ali Komandirlik məktəbini başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində  hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri  kimi vətənə xidmətdə ilk uğurlarını qazanmışdır.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərrov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti  komandirlik tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülmüşdür.  Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrədə kəşfiyyat bölüyünün rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı  peşəkar zabit kimi onu şöhrətlənmişdir.

2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak etmişdir.

Vətən muharibəsindəki  misilsiz sücayətlərinə görə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda" medalı, "Füzulinin azad olunmasına görə" təltif olunub. 39 yaşl qəhrəmanımız ailəli idi – Çingiz və Sevili xalqına əmanət qoyan komandirin qəhrəmanlığı gəncliyə bir örnəkdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan